Nazpəri Dostəliyeva oğlunun ölümü barədə: “Ölüm ayağında mənə üç söz dedi”

Nazpəri Dostəliyeva oğlunun ölümü barədə: “Ölüm ayağında mənə üç söz dedi”






presstv

"Presstv"az #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Allahımdan xahiş edirəm ki, məni tez övladıma qovuşdursun”.

presstvaz xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Həftənin qonağı” verilişində deyib.

O, dünyasını dəyişən oğlu Əli ilə bağlı xatirələrini bölüşüb:

“Biz Allaha üsyan etməməliyik. Bir müddət özümü yalnız hiss edərək, qapını bağlayıb tək qalmağa üstünlük verdim. O anda heç kim məni görməsin deyə, çığırmaq istəyirdim. Hayqırmaq istəyirdim ki, səsim Allaha qədər çatsın, nə üçün belə bir vəziyyətə düşdüm? Bir il ərzində yanımda heç kimi görmək istəmədim. Gecələr dənizə qaçır, bağırırdım. Lakin Allah mənə güc verdi, amma içimdəki o vulkan hələ də sönməyib. Bəzən gülümsəyirəm, amma o vulkan içimdə elə bir qüvvə ilə yanır ki, heç sevinməyə belə haqqım olmadığını hiss edirəm”.

Dostəliyeva oğlu Əlinin son anlarını belə xatırlayır:

“Əlim dünyasını dəyişəndə mənə son üç sözünü dedi. Halı çox pisləşmişdi, gözləri ilə mənə baxdı. Birdən infarkt keçirdi, özü vəziyyətini anlayırdı, amma mən heç nə hiss etmirdim. Mədəsində ağrılar olduğunu söylədi. “Plovu çox yedim, özümü pis hiss edirəm” dedi, uzandı. “Özümü yaxşı hiss etmirəm, su istəyirəm” söylədi. Evdə bacım və qonaqlarımız var idi. “O stəkana buz əlavə et” dedi. Cavab verdim ki, “Soyuq olar sənə.” Amma o, “ürəyim yanır, su istəyirəm” deyərək suyu içdi. Sonra mənə dedi: “Getmə, ana, sənə bir şey demək istəyirəm”. Mən oturmuşdum, o isə uzanmışdı. Başını qucağıma aldım. Sonra dedi: “Ana, bizim əziyyətimizi çox çəkmisən, haqqını mənə halal et”. Bu sözlər məni çox sarsıtdı, dedim ki, “o nə sözdür, halaldır.” Amma sonra dedi: “Tamerlanı (Əlinin oğlu) sənə ümid edirəm. Heç vaxt səhnəyə qanıqara çıxma, səhnəni buraxma, bu sözlərimi qulağında sırğa kimi saxla”. Mən düşünürdüm ki, o zarafat edir. Amma sonra başa düşdüm ki, o həqiqətən də həyatının son anlarını hiss edirdi. Biz isə bu sözləri ciddi qəbul etmədik. Ondan sonra nə baş verdiyini danışmaq istəmirəm. Amma hər dəfə səhnəyə çıxanda Əlinin o sözləri qulağımda səslənir: “Səni sevənlərin gözünü yolda qoyma, səhnəyə çıx, həmişə şən əhvali-ruhiyyədə ol, dostlarımıza və düşmənlərimizə hörmətlə yanaş”. O zaman nə üçün bu sözləri dedi, başa düşmədim. Amma indi hər dəfə səhnəyə çıxanda o səs qulağımda səslənir, elə bil ki, dünən deyib”.

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib. O, həyat yoldaşından bir neçə il əvvəl ayrılmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv