Dünyanın ən böyük məscidləri

Dünyanın ən böyük məscidləri






presstv

"Presstv"az #Dollar, #İndoneziya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İslam dinin əsas simvollarından biri ibadət evləri -məscidlərdir. Tarixən öz ehtişamı, memarlıq ustalığı və ziyarətçi tutumu ilə seçilən bir sıra böyük məscidlər inşa olunub.

presstvaz dünyanın ən böyük məscidlərinin ilk “beşliyi”ni təqdim edir.

1. Dünyanın ən böyük məscidi Məkkədə yerləşən Qapalı məscid yaxud Məscid Əl-Haram kompleksidir. Məscid 4 milyona qədər zəvvarı qəbul etmək imkanına malikdir. Qapalı məscidin həyətində İslam aləminin ən müqəddəs qibləgahı olan Kəbə daşı yerləşir. Məscid 638-ci ildə inşa olunub.

2. Dünyada ən böyük ikinci məscid kompleksi isə yenə Səudiyyə Ərəbistanının digər müqəddəs şəhəri Mədinədə yerləşən Peyğəmbər məscidi, yaxud Məscid-Əl Nabavi kompleksidir. Burada 1 milyon zəvvar eyni zamanda dini ayinlərini icra edə bilər. Bu məscid isə eramızın 622-ci ilində peyğəmbərin Mədinədəki evinin yaxınlığında inşa olunub. Yaşıl rəngə çalan 11 minarəsinin hər biri 108 metr uzunluğundadır.

3. İslam aləminin ən böyük üçüncü dini ibadətgahı İmam Rza məscididir. Yeddinci şiə imamı Rzanın vəfat etdiyi yerdə inşa edilən məscid 700 mindən artıq insanı qəbul edə bilər. Məscid 818-ci ildə Məşhəd şəhərində tikilib.

4. İndoneziyadakı Müstəqillik Məscidi isə ən böyük növbəti İslam məbədidir. Prezident Sukarnonun iştirakı ilə tikintisi başlayan məscid 17 ilə inşa edilib. Məscid 1978-ci ildə diktator Suxarto tərəfindən təntənəli şəkildə açılıb. Burada eyni vaxtda 150 mindən artıq insan yerləşə bilər.

5. İkinci Həsənin Məscidi isə ən böyük 5-ci məscid sayılır. Mərakeşdə 1986-1989-cu illərdə tikilən dini mərkəz 120 mini zəvvarı qəbul edə bilir. Məscidin yeganə minarəsinin hündürlüyü 201 metrdir. İkinci Həsən Məscidinin tikintisinə 105 milyon dollar xərclənib. /Lent.az

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv