Mükəmməlliyə cəhd problemlər yarada bilər – Rusiyalı psixoloq perfeksionizmin zərərlərini AÇIQLADI

Mükəmməlliyə cəhd problemlər yarada bilər – Rusiyalı psixoloq perfeksionizmin zərərlərini AÇIQLADI






presstv

"Presstv"az #Münaqişə, #Psixoloq, #Rusiya, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əlçatmaz ideala can atmaq (perfeksionizm) insana çox sayda problem yarada bilər.

presstvaz-ın xəbərinə görə, bu barədə rusiyalı psixoloq Yevgeniya Borodina “Gazeta.ru” nəşrinə müsahibəsində danışıb.

“Perfeksionizm insanı özünə və başqalarına qarşı son dərəcə yüksək tələblər qoymağa vadar edir. İstənilən layihə üzərində iş daimi tənqidlə müşayiət olunacaq və diqqəti çatışmazlıqlara yönəldəcək. Belə olduğu halda insanın özünü tərifləməsi və kənardan müsbət qiymətləndirməni qəbul etməsi çətindir”, – deyə Borodina bildirib.

Eyni zamanda, perfeksionist birlikdə işləmək məcburiyyətində olduğu həmkarlarına qarşı da bənzər münasibət göstərəcək. Beləliklə, o, hər zaman yalnız çatışmazlıqlar və səhvlər tapacaq, tərifi isə unudacaq.

Həm işdə, həm də təhsildə yüksək rəqabət perfeksionizmin inkişafına və özünü daim başqaları ilə müqayisə etmək vərdişinin yaranmasına imkan yaradır. Belə insanlar tez-tez səhv etmək və kənardan mənfi reaksiyalarla üzləşmək qorxusu ilə qarşılaşırlar.

“İdeal insan yoxdur. Hər bir insanın dəyişkən emosiyaları və əhvali-ruhiyyəsi var. Perfeksionist isə partnyorundan müəyyənlik və sabitlik gözləyir.

“İfrat gözləntilər, tələblər və partnyoruna qarşı tənqidi münasibət münaqişələrə, inamsızlığa və cütlüyün hər iki partnyorunda özünüqiymətləndirmənin azalmasına səbəb olur”, – deyə mütəxəssis qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv