İşgəncələrə Qarşı Azərbaycan Komitəsi erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış olub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi erməniəsilli şəxslərin saxlanma şəraiti ilə tanış olub






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Dövlətə xəyanət, #Kitab, #Qusar rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, onun müavini Elçin Şirinov və hüquqşünas Rövşən Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvəqqəti saxlanma yeri və istintaq təcridxanasında monitorinqlər keçirib.

presstvaz xəbər verir ki, Tural Hüseynovun “Report”a verdiyi məlumata görə, monitorinq keçirilməsində məqsəd saxlanılan şəxslərin saxlanma şəraiti, onlara qarşı rəftar qaydaları və qida və dərman preparatları ilə təmin olunmaları və s. olub:

“Başçəkmə zamanı təcridxanada saxlanılan hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər, Qusar rayonunda saxlanılan terrora cəhddə təqsirləndirilən altı nəfər, axtarışda olaraq İordaniyadan Azərbaycana gətirilən Azər Bağırov, dövlətə xəyanətdə ittihamda təqsirləndirilən İlkin Qəmbərov və digər saxlanılan şəxslərlə görüşlər keçirilib. Həmin şəxslər saxlanma şəraitindən, onlara qarşı rəftardan şikayət etmədilər. Bütün kameralar televizorlarla və radiolarla təmin olunub. Vəkilləri ilə rahat görüşürlər. Saxlanılan şəxslərə həftədə iki dəfə 15 dəqiqəlik telefonla danışmağa şərait yaradılır və onlar ailə üzvləri ilə görüşə bilirlər. Saxlanılan şəxslər idman zalından, kitabxanadan rahat istifadə edirlər. Vəkilləri ilə görüşlərinə şərait yaradılıb. Evdən göndərilən qidaların hamısı saxlanılan şəxslərə verilir”.

Tural Hüseynov qeyd edib ki, təcridxana yeni təmirdən çıxdığından saxlanma şəraiti daha da yaxşılaşıb:

“Bütün otaqlarda havalandırma var. Hər kameranın özünün hamam-tualeti mövcuddur. Saxlanılan şəxslər hər gün müvafiq saatlarda havalandırmaya çıxarılırlar”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv