Yaşını saxtalaşdıran futbolçu iki, klub prezidenti üç illik diskvalifikasiya edildi

Yaşını saxtalaşdıran futbolçu iki, klub prezidenti üç illik diskvalifikasiya edildi






presstv

"Presstv"az #Araşdırma, #Boliviya, #Futbol, #Liviya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Boliviya Futbol Federasiyasının İntizam Komitəsi futbolçunun yaşını saxtalaşdırdığı üçün yerli “Avrora” klubunu cəzalandırıb.

presstvaz “TyC Sports”a istinadən xəbər verir ki, araşdırma nəticəsində “Avrora”nın hücumçusu Qabriel Montanyonun adının əslində Dieqo Montanyo olduğu üzə çıxıb.

Sözügedən oyunçunun yaşının sənəddəki kimi 20 deyil, 25 olduğu müəyyənləşib.

Nəticədə klubun 33 xalı silinib. Həmçinin futbolçu iki, klubun prezidenti Xayme Kornexo isə üç illik diskvalifikasiya edilib.

Montanyo klubda 21 matça çıxaraq səkkiz qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, komanda ötən mövsümü 48 xalla dördüncü pillədə bitirib. Məlum insidentə baxmayaraq, ötən çempionatın nəticələri dəyişməz qalacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv