Cənubi Koreya səhvən yaşayış məntəqələrini bombaladı: Yaralıların sayı artdı

Cənubi Koreya səhvən yaşayış məntəqələrini bombaladı: Yaralıların sayı artdı






presstv

"Presstv"az #Araşdırma, #Cənubi Koreya, #Hadisə, #Hərbi Hava Qüvvələri, #Qırıcı təyyarə, #təyyarə, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Koreyada yaşayış evlərinə təsadüfən raket atılması nəticəsində yaralananların sayı 15 nəfərə çatıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Cənubi Koreyanın “Çosun İlbo” nəşri məlumat verib.

Məlumata görə, iki nəfər ağır, 13 nəfər isə yüngül xəsarət alıb.

“Hələ ki xəstələrdə ürək dayanması və ya huşunu itirmə halları qeydə alınmayıb. Hadisə nəticəsində iki hərbçi yaralanıb və xəstəxanaya yerləşdirilib”, – deyə ölkənin təcili yardım xidmətlərindən bildirilib.

Bundan əlavə, səlahiyyətlilər beş evin, anbarın, hərbi kilsənin, istixananın və yük maşınının zədələndiyini təsdiqləyiblər.

10:28

Cənubi Koreyanın Phoçhon şəhərində hərbi təlim zamanı yaşayış binasına raket düşüb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat verib.

Məlumata görə, hadisə nəticəsində azı yeddi nəfər xəsarət alıb. Zərərçəkənlərin hamısı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Qeyd olunur ki, Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə səhvən yaşayış məntəqəsini bombalayıb.

“KF-16” qırıcı təyyarəsi təlimlər zamanı şəhərdəki təlim meydançasından kənara səkkiz bomba atıb.

Həmçinin bu zaman bir kilsə və altı bina da dağılıb.

Cənubi Koreya Hərbi Hava Qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb və dəymiş ziyana görə üzr istəyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv