Gəncədə oğru ev sahibini bıçaqladı – TƏFƏRRÜAT

Gəncədə oğru ev sahibini bıçaqladı – TƏFƏRRÜAT






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Bıçaqlanma hadisəsi, #Hadisə, #Oğurluq hadisəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncədə fərdi yaşayış evinə oğurluq məqsədilə gələn şəxslər ev sahibi 52 yaşlı Qayday İbrahimova qolundan xəsarət yetiriblər.

Zərərçəkənin həyat yoldaşının sözlərinə görə, evdə daha əvvəl 2 dəfə oğurluq hadisəsi törədilib.

Çağırılmamış qonağın növbəti dəfə gələcəyini ehtimal edən ev sahibi onlardan qorunmaq üçün yanında taxta parçası saxlayırmış.

“Qardaşımın evindən 3 il əvvəl də oğurluq olmuşdu. Polis əməkdaşlarına müraciət edilmişdi, lakin buna baxmayaraq, yenidən eyni hadisə yaşandı. Çox xahiş edirəm, bu işə baxılsın, belə olmaz. Bu, 3-cü oğurluqdur, təxminən 2500-3000 manat dəyərində qızılları itirmişik”, − zərərçəkənin qardaşı deyib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hazırda məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı Baku TV-nin videomaterialında:

04 mart, 09:25

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

presstvaz APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Daşkəsən rayon sakini Q.İbrahimov qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Hazırda xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, Q.İbrahimovun evinə oğru girib. Bu zaman ev sahibi onunla dava edərkən oğru Q.İbrahimova bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv