Bir neçə il sonra Yeri gözləyən BÖYÜK TƏHLÜKƏ – Meteorit yağışı qaçılmaz ola bilər

Bir neçə il sonra Yeri gözləyən BÖYÜK TƏHLÜKƏ – Meteorit yağışı qaçılmaz ola bilər






presstv

"Presstv"az #Avropa, #Günəş, #Kosmos, #Planet, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir neçə ildən sonra “2024 YR4” asteroidinin Ayla toqquşması səkkiz meqaton gücündə partlayışa səbəb ola bilər ki, bu da səma cisminin qalıqlarının Yerə yağmasına gətirib çıxara bilər.

presstvaz-ın məlumatına görə, bu barədə TASS-a müsahibəsində Rusiya Elmlər Akademiyasının M.V.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun elmi əməkdaşı, astronom Leonid Yelenin bildirib.

Astronomların hesablamalarına görə, “2024 YR4” asteroidi 22 dekabr 2032-ci il tarixində Yerə yaxınlaşa bilər. Fevral ayının əvvəlində NASA bu toqquşma riskini 2.2 faiz olaraq qiymətləndirirdi, lakin sonradan bu rəqəm 3.1 faizə çatdı. Ötən həftə isə agentlik göstəricini 0.28 faizə endirdi. Avropa Kosmik Agentliyi (ESA) də 24 fevral tarixində asteroidin Yerə çırpılma ehtimalını 0.002 faizə qədər azaltdı.

Alimlər asteroidin Ayla toqquşma ehtimalını da nəzərdən keçirirlər. Tədqiqatçılar hesab edirlər ki, asteroidin dəqiq trayektoriyası yalnız 2028-ci ildə məlum olacaq.

“Hazırda asteroidin Ayla toqquşma ehtimalı təxminən bir faiz civarındadır, lakin bu göstərici də azalır. Bununla belə, bu cür toqquşma Yer üçün təhlükəli ola bilər, çünki güclü partlayış baş verəcək və enerji buraxılışı təxminən səkkiz meqaton təşkil edəcək. Ayın atmosferi yoxdur və onun cazibə qüvvəsi zəifdir, buna görə də, partlayış nəticəsində kosmosa atılan qalıqların bir hissəsi sonda Yerə düşə bilər”, – deyə alim bildirib.

Asteroidin Yerə çırpılma ehtimalı ilə bağlı proqnozların dəyişməsinə toxunan alim qeyd edib ki, bu hesablamalar daim yenilənir.

“Bu proses heç vaxt dayanmır. Günəş sistemində orbitlər bir dəfə müəyyən olunmuş dəmir yolları kimi sabit deyil. Onlar daim dəyişir və cisim nə qədər kiçik, eləcə də yüngül olarsa, planetlərin cazibə qüvvəsinin ona təsiri bir o qədər çox olar”, – deyə Yelenin vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv