Astronavtdan MÖHTƏŞƏM KADR: Yerin üfüqündən kənarda Süd Yolu

Astronavtdan MÖHTƏŞƏM KADR: Yerin üfüqündən kənarda Süd Yolu






presstv

"Presstv"az #Gəmi, #Günəş, #Kosmos, #Qalaktika

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

NASA astronavtı Don Pettit Beynəlxalq Kosmik Stansiyadan (BKS) Süd Yolunun unikal fotosunu çəkib.

presstvaz   bu barədə gizmodo.com-a istinadən xəbər verir.

Sənət əsərini xatırladan bu görüntü, Yer üfüqünün arxasında qalaktikamızın bir hissəsini əks etdirir. Foto 424 kilometr hündürlükdə, Sakit Okean üzərində, Günəş doğmadan əvvəl çəkilib.

Bildirilir ki, Pettit kosmosun möhtəşəm kadrlarını çəkməsi ilə tanınır. Keçən ilin dekabrında o, Böyük və Kiçik Magellan Buludlarını – bizə ən yaxın cırtdan qalaktikalarını görüntüləmişdi. Bu dəfə isə o, Yerin və Süd Yolunun inanılmaz mənzərəsini paylaşır.

Qeyd edək ki, Don Pettit hazırda NASA-nın 72-ci ekspedisiyasının üzvüdür. Missiyada, həmçinin Sunita Uilyams və Butç Uilmor da var. Onlar mart ayında “Crew Dragon” gəmisində Yerə qayıtmalıdırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv