Universitetlərdə yeni ixtisaslar yaradılacaq – VİDEO

Universitetlərdə yeni ixtisaslar yaradılacaq – VİDEO






presstv

"Presstv"az #Kamran Əsədov, #Magistratura, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Universitetlərdə əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslar yaradılacaq.

presstvaz Xəzər TV-yə istinadən məlumat verir ki, bununla bağlı olaraq yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ilk iclası da keçirilib. Komissiyanın tərkibində müxtəlif ixtisaslar üzrə 9 İşçi qrupu yaradılıb.

Təhsil ekspertləri bildirirlər ki, bakalavr dərəcəsi üzrə 7, magistratura pilləsi üzrə 20 və rezidentura üzrə 8 yeni ixtisasın yaradılması ixtisaslı kadrların artmasına imkan yaradacaq.

Təhsil eksperti Kamran Əsədov həmçinin onu da bildirib ki, magistratura səviyyəsi üzrə yaradılan yeni ixtisaslar tələbənin bakalavr səviyyəsində aldığı təhsili məhz həmin istiqamətdə davam etdirə bilməsi baxımından əlverişli olacaq.

K.Əsədov deyir ki, 1-ci ixtisas qrupu üzrə Riyaziyyat-Fizika müəllimliyi ixtisasının yaradılması xüsusilə bölgələrdə ikili ixtisaslarda müəllim çatışmazlığının aradan qalxmasına təsir edə bilər. Eyni zamanda? onu da qeyd edib ki, 3-cü ixtisas qrupu üzrə yeni xüsusi pedaqogika ixtisasının yaradılması xüsusi qayğıya ehtiyacı olan şagird və tələbələrin təhsilinə xüsusi metod və yanaşmalarla işləməyə şərait yaradacaq.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv