Bahar Muradova: “Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq”

Bahar Muradova: “Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq”






presstv

"Presstv"az #Ailə, #Bahar Muradova, #Məişət zorakılığı, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq”.

presstvaz   xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı keçirilən brifinqdə qurumun sədri Bahar Muradova deyib.

O bildirib ki, zorakılıq hallarının baş verməsi təhlükəli və qorxuludur, çünki bu ailə içində baş verir.

“Belə halların baş verməsi bütün dünyada var. Amma bizim əsaslandığımız mənəvi kriteriyalarımız var. Biz nə qədər inkişaf etsək də, milli-mənəvi dəyərlərimiz qalmalıdır. Bu dəyərlərdən qopub aralansaq, heç nəyin qarşısını ala bilmərik. Hər şey burdan qidalanmalıdır. Cinayət halını törədən, bunu özünə peşə seçmiş şəxs heç nədən çəkinmir. Onun üçün nə doğmalıq, nə qohumluq, nə mənəvi dəyərlər, nə də ki, hər hansı bir qanunun əhəmiyyəti var.

Buna görə də biz təkcə zorakılığa məruz qalan yox, həm də zorakılığı törədənlə məşğuluq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv