“WhatsApp” işlədənlərin NƏZƏRİNƏ: yeni təhlükə var

“WhatsApp” işlədənlərin NƏZƏRİNƏ: yeni təhlükə var






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Rusiya, #Smartfon, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“WhatsApp” messencerindəki virusların əvvəllər linkə keçid etməklə və ya fayl yükləməklə yayıldığı bilinir. Lakin yeni növ virus artıq telefona avtomatik olaraq daxil ola bilir.

presstvaz milli.az-a istinadən xəbər verir ki, Rusiyanın Kibertəhlükəsizlik Araşdırmaları Mərkəzinin texniki direktoru Aleksey Vişnyakov bildirib ki, bu virusun yayılması üçün sadəcə qurbanın telefon nömrəsini bilmək kifayətdir. Virus avtomatik olaraq yüklənən PDF faylları vasitəsilə ötürülür. Mütəxəssis cihazı qorumaq üçün telefondakı sənədlərin avtomatik yüklənməsini deaktiv etməyin vacib olduğunu qeyd edib. Ekspertin sözlərinə görə, “zero-click” hücumu nəticəsində virusun telefona keçməsi asanlıqla aşkar edilmir, çünki istifadəçi heç bir linkə klikləmədən və ya fayl yükləmədən yoluxma yaşayır. Lakin bəzi hallarda zərərli kodun mövcudluğunu müəyyən etmək mümkündür.

Məsələn sistem və ya messencerin versiyasının uyğunsuzluğu zamanı istifadəçi cihazla qarşılıqlı əlaqə zamanı tətbiqin açılmaması, ekranın daha yavaş reaksiya verməsi, “Parametrlər” menyusunun bəzi hissələrinin işlənməsi, tətbiq menyusunda anomaliyaların və ya simvolların dəyişməsi kimi problemlərlə qarşılaşa bilər. Həmçinin, cihaz bəzi hallarda tanımadığınız proqramlara əlavə icazələr vermək üçün sorğular göstərə bilər.

Ekspert qeyd edir ki, çox vaxt “zero-click” hücumlarında zərərli kod cihazda daimi qalmaz və smartfon sadəcə yenidən başladıldıqda bu koddan təmizlənir. Bəzi hallarda isə cihazı fabriki parametrlərinə sıfırlamaqla problemi həll etmək mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv