Bakıda bu rəssamın əsəri 10 min dollara satışa çıxarıldı

Bakıda bu rəssamın əsəri 10 min dollara satışa çıxarıldı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Almaniya, #Azərbaycan, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanlı rəssam Şahin Quliyevin “Reformasiya” adlı əsəri satışa çıxarılıb. 

presstvaz lent.az-a istinadən xəbər verir ki, kətan üzərində yağlı boya ilə işlənmiş bu sənət əsəri 10 000 ABŞ dolları dəyərində qiymətləndirilib. Rəsmi gənc kolleksiyaçı Nicat Azayev satışa təqdim edib.

Kolleksiyaçı Nicat Azayev, rəssamın bu əsərdə Alman İntibahının iki mühüm şəxsiyyətini – dini islahatçı Martin Lüter və incəsənət ustası Albrext Düreri birləşdirərək, vizual və ideoloji körpü yaratdığını vurğulayır. Rəsmdə Lüterin dini reformasiya ideyaları ilə Dürerin sənətdə humanizmi ifadə edən yaradıcılığı sintez olunub.

Kolleksiyaçının sözlərinə görə, hər iki şəxsiyyət 16-cı əsrdə Almaniyada böyük dəyişikliklərə təsir göstərib. Lüter Katolik Kilsəsinə meydan oxuyaraq dini reformasiya aparıb, Dürer isə Alman İntibahının əsas sənətkarlarından biri olub. Hər ikisi çap texnologiyasının gücündən istifadə edərək öz ideyalarını yaymağa müvəffəq olub:

“Şahin Quliyev “Reformasiya” əsərində Lüterin mənəvi azadlıq uğrunda apardığı mübarizəni və Dürerin insanın fiziki və intellektual gücünü əks etdirməsini bir obrazda cəmləyib. Bu əsər həm intellektual, həm də mədəni transformasiyanı simvolizə edir”.

Bu əsərin kim tərəfindən əldə ediləcəyi maraq doğurur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv