Məktəb direktorlarına 8 Martla bağlı tapşırıqlar verildi

Məktəb direktorlarına 8 Martla bağlı tapşırıqlar verildi






presstv

"Presstv"az #Bakı, #Bakı Şəhəri üzrə Təhsil İdarəsi, #Təhsil, #Vətəndaş qəbulu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı direktorlara tapşırıqlar verilib.

presstvaz bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Oxu.Az-a verilən məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunub.

Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tövsiyələr verib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli hər bir dövlət qurumunun fəaliyyətində olduğu kimi, təhsil sahəsində də vətəndaş müraciətlərinə baxılması və vətəndaş qəbulu ilə bağlı həyata keçirilən sistemli tədbirlərin insanları narahat edən məsələlərin aradan qaldırılmasına və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib, bu istiqamətdə əldə olunan müsbət nəticələrdən danışıb.

Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul, məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib, müvafiq tapşırıqlar verilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv