GMO kartofdan pendir hazırlayıb satışa çıxaracaqlar

GMO kartofdan pendir hazırlayıb satışa çıxaracaqlar






presstv

"Presstv"az #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsraildə kartofdan süd zülalı əldə etməyi öyrəniblər. Bu yenilik süd sənayesi, xüsusilə də pendir istehsalı üçün daha ucuz və ekoloji cəhətdən təmiz bir zülal mənbəyi ola bilər.

presstvaz-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, ixtira İsrailin “Finally Foods” startapına aiddir.

Bildirilir ki, alimlər kazein (süd zülalı) ehtiva edən genetik cəhətdən modifikasiya olunmuş kartof sortu hazırlayıblar.

“Kartofun dəyişdirilməsi onun yüksək məhsuldarlığına və müxtəlif iqlim şəraitlərinə uyğunlaşma qabiliyyətinə görə seçilib. Kartofdan zülal çıxarmaq digər bitkilərdən daha asandır və yetişdirilmə prosesi ənənəvi kartof yetişdirilməsindən fərqlənmir”, – deyə məqalədə vurğulanıb.

Bununla belə, alimlər bu inkişafın bəzi mənfi cəhətlərini qeyd edirlər, məsələn, bitkinin böyümə müddəti uzun çəkir, kazeinin çıxarılması isə mürəkkəb prosesdir.

“Lakin nəticədə əldə edilən məhsul kartof DNK-sından izlər olmadan təmiz kazein olacaq və bu, onu süddən alınan kazeinlə eyni edəcək”, – deyə alimlər vurğulayıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv