25 il yollarda: Britaniyalı kişi Tailandda rekord qırdı və həbs edildi

25 il yollarda: Britaniyalı kişi Tailandda rekord qırdı və həbs edildi






presstv

"Presstv"az #Ailə, #Deportasiya, #İngiltərə, #Pakistan, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandda 60 yaşlı britaniyalı kişi turist vizasının müddəti 25 ili keçdiyi üçün həbs edilib.

presstvaz-ın xəbərinə görə, bu barədə BFMTV nəşri məlumat verib.

Məlumata görə, o, 2000-ci ildə ölkəyə 30 günlük viza ilə gəlib və qeyri-qanuni şəkildə qalmağa davam edib. Bu, yerli polisin sözlərinə görə, “rekord” müddət olub.

Kişi ölkənin şimalındakı Çianqmay əyalətində qeyri-qanuni mühacirlərə qarşı keçirilən əməliyyat zamanı həbs edilib. O, turist vizası ilə gəldiyini və Tailandı tərk etmədiyini etiraf edib. İmmiqrasiya xidmətindən bildirilib ki, kişi ölkədə 9 135 gün keçirib və bu da ondan əvvəl pakistanlı tərəfindən müəyyən edilən 10 illik rekordu üstələyib.

Adı açıqlanmayan britaniyalı 13 il Banqkokda yaşayıb, orada tailandlı qadından uşağı dünyaya gəlib, daha sonra iqtisadi çətinliklər səbəbindən Çianqmaya köçüb. Onun işi olmayıb, İngiltərədəki ailənin pulu ilə dolanıb. 2018-ci ildə boş və möhürsüz qalan pasportunu yeniləyib. İndi kişi vətəninə deportasiya olunmasını gözləyir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv