Efiopiya baş nazirini gətirən təyyarənin enişi ərəfəsində Somali aeroportu atəşə tutuldu

Efiopiya baş nazirini gətirən təyyarənin enişi ərəfəsində Somali aeroportu atəşə tutuldu






presstv

"Presstv"az #Efiopiya, #Hadisə, #Somali, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moqadişuda (Somali) Adan-Adde hava limanı minaatanla atəşə tutulub. Hücum Efiopiya Baş naziri Abiy Əhmədin təyyarəsinin enişindən bir neçə dəqiqə əvvəl həyata keçirilib.

presstvaz   bu barədə “Türkiye Gazetesi” xəbər yayıb.

Bildirilir ki, hazırda hadisə yerində təhlükəsizlik xidmətləri işləyir. Hələ ki, zərərçəkənlər haqqında məlumat verilməyib.

Hücumun “Əş-Şəbab” təşkilatı tərəfindən həyata keçirildiyi ehtimal edilir. Bildirilir ki, azı 11 mərmi atılıb. Bunlardan biri Somali Prezidenti Həsən Şeyx Mahmudun Efiopiya baş nazirini qarşılamaq üçün gözlədiyi VIP terminalın yaxınlığına düşüb.

Qeyd olunur ki, Baş nazir Abiyin səfərindən əvvəl Moqadişu tamamilə təcrid altına alınmış, hava limanının ətrafındakı yollar bağlanmış və təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılmışdı. Buna baxmayaraq, hücumun baş verməsi regional təhlükəsizlik zəifliklərini bir daha gündəmə gətirib.

Hələlik Somali hökuməti hücumla bağlı rəsmi açıqlama verməyib, “Əş-Şəbab” təşkilatı da hücumun məsuliyyətini öz üzərinə götürməyib. Lakin qrup daha əvvəl də oxşar hücumlar təşkil edib və Somali daxilindəki hökumət obyektlərini hədəf alması ilə tanınır.

Yeri gəlmişkən, Baş nazir Abiyin səfəri Türkiyənin vasitəçiliyi ilə imzalanan Ankara Bəyannaməsindən sonra baş tutub. Dekabr ayında əldə olunan bu razılaşma Efiopiya ilə Somali arasındakı diplomatik böhranın həllini təmin etmişdi. Türkiyənin təşəbbüsü ilə əldə edilən atəşkəs iki ölkə arasında texniki danışıqların yolunu açıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv