10 tələbə “Azercell”dən təqaüd qazanıb

10 tələbə “Azercell”dən təqaüd qazanıb






presstv

"Presstv"az #Azercell, #informasiya texnologiyaları, #Süni intellekt, #Təbrik, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell” şirkəti “Tələbə təqaüdü 2025” proqramının qaliblərini elan edib.

“Azercell” “Parlaq gələcəyə yaxın ol!” şüarı ilə həyata keçirilən “Tələbə təqaüdü 2025” proqramının qaliblərini təbrik edib. Şirkət daha 10 tələbəyə təhsil müddətinin sonunadək hər ay təqaüd ayıracaq.

Seçim prosesi boyunca “Azercell” nümayəndələri, həmçinin bir sıra universitetlərdə tələbələrlə görüş keçirib, şirkətin təqaüd və karyera imkanları barədə məlumat veriblər. Proqrama ölkənin müxtəlif ali məktəblərindən 450 tələbə müraciət edib. Namizədlər beşmərhələli seçim çərçivəsində yazılı tapşırıqlar, elmi potensialın qiymətləndirilməsi və müsahibələr əsasında dəyərləndiriliblər.

Bu il təqaüd proqramında kibertəhlükəsizlik, data elmləri, süni intellekt, radiotexnika və telekommunikasiya mühəndisliyi, informasiya texnologiyaları ixtisasları üzrə təhsil alan tələbələr fərqləniblər.

Təqaüdlə yanaşı, qaliblər həmçinin “Azercell”də təcrübə keçmək, peşəkar inkişafını gücləndirmək üçün müxtəlif təlimlərdə iştirak etmək, şirkətin korporativ tədbirlərinə qatılmaq və telekommunikasiya sahəsində biliklərini artırmaq imkanı da əldə edəcəklər.

Qeyd edək ki, istedadlı gənclərə daim dəstək olan “Azercell” 16 il ərzində 300-dən çox tələbəyə təqaüd ayırıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv