Bu şirniyyatlar sağlamlığı zədələyir

Bu şirniyyatlar sağlamlığı zədələyir






presstv

"Presstv"az #diabet, #kərə yağı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oksford Universitetinin alimləri müəyyən ediblər ki, çərəzlər, kruvasanlar, tortlar və doymuş yağları yüksək olan digər qidalar müntəzəm olaraq istehlak edildikdə bir neçə həftə ərzində orqanizmdə mənfi dəyişikliklərə səbəb ola bilər.

presstvaz lent.az-a istinadən  məlumat verir ki, belə qidalanma “pis” xolesterinin səviyyəsini artırır və qaraciyərdə yağlanmanın faizini artırır.

“Ən mühüm tapıntı təhlükəli dəyişikliklərin nə qədər tez baş verməsidir”, – aparıcı tədqiqatçı Nikola Srnik deyib.

Alimlərin qənaətləri 24 könüllünün iştirak etdiyi eksperimentə əsaslanır. İnsanlar iki qrupa bölünüblər: birincilər doymuş yağlarla zəngin qidalar (kolbasa, kərə yağı, bişmiş məmulatlar, şokolad) yeyiblər, ikincilər isə balıq, zeytun yağı və qoz-fındıqdan yağlar qəbul ediblər.

Bir neçə həftədən sonra birinci qrupda ürək-damar və metabolik xəstəliklər, eləcə də 2-ci tip diabet təhlükəsi riski artıb. İkinci qrupun göstəriciləri, əksinə, yaxşılaşıb və “pis” xolesterolun göstəriciləri 10% azalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv