Generalın oğlunun nəşi Bakıya gətirilir – Ölümünün TƏFƏRRÜATI

Generalın oğlunun nəşi Bakıya gətirilir – Ölümünün TƏFƏRRÜATI






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Bakı, #Ədliyyə Nazirliyi, #Həkim, #İtaliya, #Milan, #Qurd qapısı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Orxan Qasımovun oğlu Ayxan Qasımovun ölümünün təfərrüatları məlum olub.

presstvaz  Teleqraf-a istinadən məlumat verir ki, mərhumun səhhətində anadangəlmə ciddi problemlər olub.

A.Qasımov ciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş.

Onun xəstəliyinin Azərbaycanda müalicəsi çətin olduğuna görə, A.Qasımov əsasən xarici ölkələrdə müalicə alıb.

Ailəsi İtaliyanın Milan şəhərində xəstəliyi müalicə edəcək həkim tapıb. O, son illərdə həmin şəhərdə yaşayıb və orada müalicə alıb. A.Qasımov Milanda 21 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi ciyərlərinin partlaması göstərilib.

Mərhumun cənazəsi sabah Azərbaycana gətiriləcək və fevralın 28-də Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, A.Qasımov Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv