Təyyarədə dəhşət: Avstraliyalı cütlük saatlarla meyitlə uçmaq məcburiyyətində qaldı

Təyyarədə dəhşət: Avstraliyalı cütlük saatlarla meyitlə uçmaq məcburiyyətində qaldı






presstv

"Presstv"az #Avstraliya, #Hadisə, #İtaliya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyalı cütlük Melburndan İtaliyanın Venesiya şəhərinə uçarkən dəhşətli vəziyyətlə üzləşib. Belə ki, uçuşdan qısa müddət sonra sərnişinlərdən biri huşunu itirib və ekipajın bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Bu səbəbdən Mitçell Rinq və Cennifer Kolin uçuşun qalan dörd saatını örtüklərə bükülmüş meyitin yanında keçirməli olublar.

presstvaz -ın “Metro” nəşrinə istinadla məlumatına görə, qorxulu hadisə “Qatar Airways”ə məxsus təyyarədə baş verib.

Bildirilir ki, ekipaj ölən qadını biznes-klassa köçürməyə çalışsa da, onun iri bədən quruluşu buna imkan verməyib və meyit oturacaqda qalıb. Mitçell qeyd edib ki, işçilər hətta örtükləri sərnişinlərin gözü qarşısında meyitin üzərindən götürüb yoxlama aparıblar.

Uçuş qorxusu olan Cennifer meyitin yanlarında yerləşdirildiyini anlayanda şok keçirdiyini etiraf edib.

Bu azmış kimi Dohada keçid aeroportunda enişdən sonra cütlük polis və tibb işçiləri təyyarəyə daxil olana qədər gözləməli olub.

Aviaşirkətdən heç kim onlara kömək və ya dəstək təklif etməyib. Cütlüyün sözlərinə görə, bu hadisə onların çoxdan gözlənilən İtaliya istirahətlərini “burunlarından gətirib”.

“Qatar Airways” və biletlərin sifariş edildiyi Qantas şirkətinin nümayəndələri hadisəni araşdırdıqlarını bildiriblər. “Qatar Airways” üzr istəyib və daxili qaydalarına uyğun olaraq sərnişinlərlə əlaqə qurduqlarını qeyd edib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv