Diplomatik korpusların rəsmiləri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edirlər

Diplomatik korpusların rəsmiləri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edirlər






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Azərbaycan, #Bakı, #Başsağlığı, #Böyük Britaniy, #Böyük Britaniya, #DNT, #Fransa, #Hadisə, #İsrail, #Pakistan, #Pakistanın Azərbaycandakı səfirliyi, #Qasım Mohiuddin, #SSRİ, #Xocalı soyqırımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar paylaşım edib.

presstvaz  xəbər verir ki, bu barədə paylaşım səfirliyin “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

“Bu gün biz Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edirik və bütün Azərbaycan xalqına başsağlığı veririk”, – bəyanatda bildirilib.

 

 

İsveçin Bakıdakı səfirliyi Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

presstvaz   xəbər verir ki, bu barədə paylaşım səfirliyin “Facebook” səhifəsində yerləşdirilib.

“Bu gün biz 1992-ci ildə Xocalı hadisələri zamanı öz yaxınlarını itirmiş azərbaycanlıların kədərini bölüşürük”, – qeyd olunub.

 

 

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

presstvaz   xəbər verir ki, diplomat müvafiq paylaşımı “X” sosial şəbəkəsində edib.

“Xocalı qurbanlarının xatirəsini hörmət və ehtiramla yad edirəm”, – səfir yazıb.

 

 

ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanları ilə bağlı paylaşım edib.

presstvaz   xəbər verir ki, bu barədə səfirliyin “X” hesabındakı paylaşımda qeyd olunub.

“Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – deyə müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib.

 

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Azərbaycanlı dostlarımızın hiss etdikləri kədər çox tanışdır – oktyabrın 7-də yaşadığımız sarsıntı və kədəri əks etdirir. Hər iki hadisə, zamanla bir-birindən ayrılsa da, qəddar zorakılıq aktlarında sönmüş günahsız həyatların şahidi olmağın eyni ürəkağrıdan yanğısı ilə səsləşir.

Bu faciələr bizə nifrət və ədalətsizliyə qarşı bir yerdə olmaq və ümumi insanlığı qorumaq borcumuzu xatırladır”, – paylaşımda deyilir.

 

 

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə paylaşım edib.

presstvaz   xəbər verir ki, paylaşımda deyilir:

“Xocalı faciəsindən 33 il ötür. Bütün azərbaycanlılarla birgə bu faciənin qurbanlarını yad edirəm. Allah Rəhmət eləsin”.

 

 

Pakistanın Bakıdakı səfiri Qasım Mohiuddin Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəy olduğunu bildirib.

presstvaz-ın xəbərinə görə, müvafiq paylaşım diplomatın “X” sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.

“Pakistan Azərbaycanla həmrəydir və Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir”, – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün erməni silahlı qüvvələri tərəfindən keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.

Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv