Alimlərdən yeni kəşf – Marsda okeanlar və çimərliklər olub

Alimlərdən yeni kəşf – Marsda okeanlar və çimərliklər olub






presstv

"Presstv"az #Araşdırma, #Çin, #Planet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tədqiqatçılar Marsda bir vaxtlar okeanların mövcud olduğuna dair yeni sübutlar aşkarlayıblar.

presstvaz “gurdian”a istinadən xəbər verir ki, Çinin Zhurong roveri vasitəsilə aparılan yeraltı tədqiqatlar nəticəsində planetin səthində basdırılmış qədim sahil xətti müəyyən edilib.

Tədqiqatın müəllifi Dr. Benjamin Cardenas bildirib ki, Zhurong roveri Marsın Utopia Planitia bölgəsinin cənubunda aparılan araşdırmalar zamanı sahil xəttlərinə bənzər quruluşlar aşkar edib. Radar məlumatları Yerdəki çimərlik sahillərində rast gəlinən geoloji xüsusiyyətlərlə oxşar nəticələr göstərir.

Cardenasın sözlərinə görə, bu tapıntılar Marsda bir vaxtlar axar çayların və dalğaların olması ehtimalını gücləndirir. Məlumatlar çimərliyin zamanla okeana doğru genişlənərək təxminən 1,3 km şimala doğru irəlilədiyini göstərir:

“Çimərliklər dayaz su, hava və torpaq arasındakı əlaqəni təmsil edir. Bu, Yerdə həyatın başlama ehtimalının yüksək olduğu mühitdir. Marsda da bu cür bir mühit keçmiş həyat əlamətlərini araşdırmaq üçün ideal ola bilər” .

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv