Sumqayıtda gənc buzlanmış yolda təhlükə yaratdı – DYP çağırış etdi

Sumqayıtda gənc buzlanmış yolda təhlükə yaratdı – DYP çağırış etdi






presstv

"Presstv"az #Avto, #avtobus, #Nəqliyyat, #Sumqayıt səhəri, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son zamanlar bəzi gənclərin ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların arxa hissəsindən tutaraq sürüşməsi halları müşahidə olunur. Bildiririk ki, bu cür hərəkətlər insan həyatına ciddi təhlükə yaradır və qəza halları ilə nəticələnə bilər”.

presstvaz   xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.

Qeyd olunub ki, hər bir yol hərəkəti iştirakçısı bilməlidir ki, bu cür davranışlar həm həmin şəxsin, həm də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratmaqla yanaşı, sürücünün diqqətini yayındıraraq qəzaların baş verməsinə səbəb ola bilər:

“Eyni zmanada bu, yol hərəkəti qaydalarının pozulmasıdır. Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarından, xüsusilə valideynlərdən xahiş edir ki, övladlarını belə təhlükəli hərəkətlərdən çəkindirsinlər. Hər kəsin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmək mütləqdir!”

Sumqayıtda bir gənc əyləncə üçün buzlanmış yolda təhlükəli manevrlər edib.

presstvaz   xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, o, hərəkətdə olan sərnişin avtobusunun arxasından tutaraq sürüşüb.

Həmin görüntüləri təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv