Azərbaycanda məktəblər distant təhsilə keçə bilər

Azərbaycanda məktəblər distant təhsilə keçə bilər






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Kamran Əsədov, #Nəqliyyat, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtda təhsil müəssisələri distant rejimə keçə bilər.

presstvaz globalinfo.az – a istinadən xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev deyib.

“Distant təhsil praktikamız var. Əgər yollar buz bağlayarsa və hərəkət çətinliyi yaranarsa, Bakı şəhəri üzrə ali, orta ixtisas, tam, ümumi orta təhsil və məktəbəqədər təhsil müəssisələrində dərsləri 1-2 günlük qiyabi idarə etmək olar”, deyə E.Əfəndiyev bildirib.

Digər ekspert Kamran Əsədov qeyd edib ki, hazırkı hava şəraiti məktəblərdə tədrisin davam etdirilməsi məsələsinə yenidən baxmağı zəruri edir:

“Güclü qar və buzlanma yolları təhlükəli vəziyyətə salıb, nəqliyyatın hərəkətini çətinləşdirib. Bu vəziyyət müəllimlər və şagirdlər üçün ciddi risk yaradır. Dünya təcrübəsi göstərir ki, ekstremal hava şəraitində tədrisin dayandırılması və ya distant formaya keçirilməsi geniş yayılmış praktikadır. Azərbaycan qanunvericiliyində bu məsələ ilə bağlı dəqiq mexanizmlər mövcud deyil. Lakin təhlükəsizlik hər şeydən önəmlidir. Müvafiq qurumlar təcili qərar qəbul edərək dərslərin təxirə salınması və ya onlayn formata keçidi təmin etməlidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv