Media qurumlarının saytlarına kiberhücumla bağlı RƏSMİ AÇIQLAMA

Media qurumlarının saytlarına kiberhücumla bağlı RƏSMİ AÇIQLAMA






presstv

"Presstv"az #Hakim, #Jurnalistlər, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu gün informasiya təhlükəsizliyi bütün dünya dövlətlərinin, xüsusi xidmət orqanlarının bir nömrəli diqqət mərkəzində saxladıqları sahədir. Bu nöqteyi-nəzərdən, informasiya təhlükəsizliyinin hücumlardan, təhdidlərdən qorunması hər bir dövlət orqanı kimi, bizim xidmətin də çox vacib və əsas vəzifələrindən biridir”.

presstvaz   AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov deyib.

“Çünki biz bu sahədə mərkəzi icra hakimiyyəti rolunu oynayırıq. Bu sahədə biz məsuliyyətimizi başa düşürük. Ona görə də ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görülür. Gələcək illərdə biz informasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq”, – deyə A.İsmayılov vurğulayıb.

Ötən gün bir sıra media resursuna olan kiberhücumla bağlı Dövlət Xidmətinin rəis müavini deyib ki, belə hücumların qarşısı XRİTDX tərəfindən mütəmadi olaraq alınır:

“Bu məsələlərdə diqqətli olmaq lazımdır. Açıq mənbələrdə elə bir məlumat yoxdur ki, informasiya təhlükəsizliyini təhdid etməsin. Amma xüsusi xidmət orqanları açıq mənbələrdə apardığı təhlil ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. Hər şeyə sadə baxmaq olmaz”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv