Dünyada ən baha və ən ucuz benzin satılan ölkələr – Biri Azərbaycanın qonşusudur

Dünyada ən baha və ən ucuz benzin satılan ölkələr – Biri Azərbaycanın qonşusudur






presstv

"Presstv"az #Azərbaycan, #Boliviya, #Çin, #Dollar, #İran, #Liviya, #Misir, #Norveç, #Qazax, #Qazaxıstan, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyada benzinin ən baha və ən ucuz satıldığı ölkələrə dair statistika dərc edilib.

presstvaz “AzPolitika”-ya istinadən  xəbər verir ki, “Global Petrol Prices” analitik mərkəzinin dərc etdiyi statistikaya görə, dünyada ən ucuz benzin İranda satılır. Qonşu ölkədə benzinin bir litri 0,03 dollardır. İslam Respublikasında benzinin aşağı qiyməti inkişaf etmiş neft və neft emalı sənayesi ilə izah olunur. Həmçinin, benzinin ən ucuz satıldığı ölkələr arasında Venesuela, Misir, Anqola və Liviya da var.

Ən bahalı benzin isə Honq-Konqdadır. Bu xüsusi inzibati bölgənin sakinləri yanacağı litri 3,41 dollara alırlar. Fakt budur ki, Honq-Konqun özünün yanacaq istehsalı yoxdur. Bundan əlavə, Honq-Konq ənənəvi olaraq dünyanın ən bahalı şəhərləri siyahısına daxil edilir. Norveçdə də benzin bahadır. Bu da yüksək vergilərlə bağlıdır.

Rusiya benzinin ən ucuz olduğu ölkələr arasında 11-ci yerdə qərarlaşıb. Ruslar bir litr üçün 0,6 dollar ödəyirlər. Çində isə qiymət Rusiyadan iki dəfə bahadır.

Benzinin Azərbaycandan daha ucuz satıldığı ölkələr sırasında Rusiya ilə yanaşı, Qazaxıstan, Türkmənistan, Əlcəzair, Bəhreyn, Boliviya, Küveyt, Malaziya, Oman, Qatar, Səudiyyə Ərəbistanı kimi ölkələr var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv