Narkotik istifadəçisi sakinləri narahat edir: “Uşaqlarımızın təhlükəsizliyi risk altındadır”

Narkotik istifadəçisi sakinləri narahat edir: “Uşaqlarımızın təhlükəsizliyi risk altındadır”






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Bakı, #Yasamal Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, Yasamal rayonunda narkomanlar bina sakinlərinin haqlı narahatlığına səbəb olur.

presstvaz   xəbər verir ki, Cəfər Cabbarlı küçəsi, 8 ünvanında yerləşən binanın sakinləri narkotikdən istifadə edən bir gəncin xeyli vaxtdır ki, binanın blokunda məskunlaşdığını qeyd ediblər.

Bina sakinlərinin sözlərinə görə, bu gənc blokda gecələməkdən əlavə, həm də təbii ehtiyaclarını blokda ödəyir.

“Buna bir tədbir görülməlidir. Hər gün uşaqlarımız dərsə gedir, dərsdən gəlir. Hər dəqiqə uşağın yanında olmaq mümkün deyil”, – deyə bina sakini bildirib.

Məsələ bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli bildirib ki, dilənçilik, tüfeyli həyat tərzi sürən şəxslərin profilaktikası polis orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılır.

“Dayanacaqlarda, park və xiyabanlarda, insanların sıx toplaşdığı digər ictimai yerlərdə dilənçilik, tüfeyli həyat tərzi sürən şəxslərlə profilaktik iş aparılır. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birgə onların müvafiq sığınacaqlara yerləşdirilməsi təmin olunur.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Tüfeyli həyat tərzi keçirən şəxs barəsində ərazi üzrə polis əməkdaşları tərəfindən lazımi tədbirlər görülür”, – deyə DİN rəsmisi vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv