Məryəmin sizin köməyinizə ehtiyacı var: 2 yaşlı körpənin gülüşünü solmağa qoymayaq

Məryəmin sizin köməyinizə ehtiyacı var: 2 yaşlı körpənin gülüşünü solmağa qoymayaq






presstv

"Presstv"az #Ailə, #Bakı, #Həkim, #Köməyə ehtiyacı olan insanlar, #Körpə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2 yaşlı Məryəm ölümcül xəstəliklə mübarizə aparır.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onun anası Turanə Bağırova məlumat verib.

O bildirib ki, bir həftə öncə qızının leykozdan əziyyət çəkdiyini öyrəniblər:

“Qızımı qan dəyərlərini yoxlatmaq üçün analizə aparmışdım. Həmin gün kəskin leykoz olduğunu öyrəndim. Hazırda Bakıda özəl xəstəxanalardan birində müalicə alırıq. Kimyaterapiya olacaq Məryəm. Həkimlər bizə 6 ay ərzində 100 min manat lazım olacağını deyiblər. Əlimdə nəyim var satmışam. 30 min manat toplaya bildim. Bu pulu toplamaq bizim üçün çox çətindir. Xalqımızdan xahiş edirəm ki, bizə dəstək olsunlar.

Məryəm hələ çox balacadır. Bədəni iynələrdən göyərib. Onun bu halına necə dözürəm, hələ də anlamıram. Mən Məryəmi ovcumun içində saxlayıram. Hər şeyinə diqqət etmişəm. İndi onu bu vəziyyətdə görəndə ürəyim dözmür. Hər dəfə onun harasısa əziləndə deyirdim ki, gəl öpüm sağalsın. Amma indi iynələr ağrıdanda deyirəm ki, Məryəm öpüm sağalsın? Mənə deyir ki, daha ana öpəndə sağalmır. 2 yaşında körpənin bunu dərk etməsi çox dəhşətlidir. Qızım üçün güclü olmaq məcburiyyətindəyəm. Xalqıma yalvarıram, qızımın yaşaması üçün dəstək olsunlar”.

Ailə ilə əlaqə: (055) 779-92-71.

“Uni Bank”: 5243 7544 4767 0082 (atası Namiq Bağırovun adınadır).


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv