İpoteka ilə alınan ev boşanma zamanı necə bölünür? – AÇIQLAMA

İpoteka ilə alınan ev boşanma zamanı necə bölünür? – AÇIQLAMA






presstv

"Presstv"az #Ailə, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda boşanmış şəxslərin mülkiyyət hüquqları və paylarının bölüşdürülməsi barədə qanunvericilik mövcuddur. Belə ki, ər-arvad arasında mülkiyyətin paylaşılması zamanı həm şəxsi, həm də birgə əldə olunan əmlak nəzərə alınır. Bu vəziyyət ipoteka ilə alınan evlərə də aiddir.

presstvaz xəbər verir ki,məsələ ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov açıqlama verib.

O bildirib ki, əgər ər və arvad evlənmə zamanı ipoteka ilə alınan evi birgə mülkiyyət kimi alıblarsa, bu halda boşanma zamanı evin bölüşdürülməsi məsələsi ortaya çıxır. Boşanma prosesində evin alındığı tarixdən və ödənişlərin kim tərəfindən həyata keçirildiyindən asılı olaraq qadın bu evin müəyyən hissəsinə sahib ola bilər. Əgər ev həyat yoldaşları arasında birgə əmlak kimi qəbul olunursa, qadının da müəyyən bir payı olması qanuni olaraq mümkün ola bilər.

“Ancaq bu mövzuda ən mühüm məqam ipoteka kreditinin ödənməsi prosesinin kim tərəfindən həyata keçirildiyidir. Məsələn, evin ipotekasını kişi təkbaşına ödəyibsə, bu, evin sahibliyi məsələsində müəyyən təsir göstərə bilər. Yəni, kişi bu evin tam mülkiyyətini təsdiqləyən faktordur.

Boşanma zaman ən asan çıxış yolu budur ki, məsələn ər bugünə kimi ödənilən pulun yarısını arvada ödəyir və ev kişiyə qalır. Təbii ki, kreditin qalan hissəsini də ər ödəyir. Yaxud da əksinə olur. Bu ərlə arvadın öz arasında razılığa gəldiyi variantdır. Əgər tərəflər razılığa gələ bilməsə, çıxış yolunu məhkəmə müəyyən edir. “.

Bəs ailənin uşağı da varsa, o zaman şərtlər dəyişirmi?

Boşanmadan sonra uşaq ana ilə qalırsa, o məhkəmədən tələb edə bilər ki, uşağın atası kredit üzrə aylıq məbləğin yarısını yox, 3-də iki hissəsini ödəsin. Həmçinin uşaq ata ilə qalarsa, o da oxşar tələb ilə çıxış edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv