Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq

Bakıda tanınmış rəssamın evindən 200 min manatlıq oğurluq






presstv

"Presstv"az #Ağ Ev, #Ailə, #Araşdırma, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Hadisə, #Milan, #Nəsimi Rayonu, #Oğurluq hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Elçin Qasımovun evindən oğurluq olub.

presstvaz   “Qafqazinfo”a istinadla xəbər verir ki, tanınmış rəssamın Nəsimi rayonu, Bülbül prospektində yerləşən evindən 200 min manatlıq əşyalar talanıb.

Aparılan araşdırmalarla oğurluğun həmin binanın gözətçisi, Cəlilabad rayon sakini 1988-ci il təvəllüdlü Üzeyir Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

Məlum olub ki, oğurlanan əşyalar arasında çox sayda bahalı qol saatı, tarixi əhəmiyyətli əşya və çoxillik içki olub. Həmçinin E.Qasımovun həyat yoldaşına məxsus bir ədəd qara rəngli 13 000 manat dəyərində “Roberto Cavalli” markalı xəz gödəkcə, 7 min manatlıq “Francesco Scognaniglio” markalı, 14 000 manat dəyərində “Etro Milano” markalı, 12 000 manat dəyərində qəhvəyi rəngli “Sobol” markalı, 11 000 manat dəyərində “Thes Thes” markalı, 2800 manat dəyərində “Pajaro” markalı, 5500 manat dəyərində “Thes irevelle” markalı, 6200 manat dəyərində “Albeno Fercci” markalı, 1850 manat dəyərində “Adoma” markalı gödəkcələrin oğurlanması da məlum olub.

Həbs edilən gözətçi barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) və 183-cü (xüsusi dəyəri olan əşyaları talama) maddələri ilə açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, oğurluq hadisəsi Elçin Qasımov ailəsi ilə birgə bağ evində olduğu müddətdə baş verib. O, Bülbül prospektində yerləşən 6 otaqlı, 400 kvadratmetrlik evinin açarını binanın gözətçi köşkündə etibar etdiyi gözətçi Üzeyirə verərək gedibmiş.

Gözətçi həbs ediləndən sonra onun oğurladığı əşyaların bir qismi geri qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv