Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ

Prezident ödənişli avtomagistrallarla bağlı yeni cərimələri TƏSDİQLƏDİ






presstv

"Presstv"az #Avto, #İlham Əliyev, #İnzibati Xətalar Məcəlləsi, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması ilə bağlı yeni cərimələr qüvvəyə minib.

presstvaz  President.az-a istinadən  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklə, Məcəlləyə 352-1-ci maddə əlavə edilir:

“Maddə 352-1. Ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulması

352-1.1. Ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə – yüz əlli manat məbləğində cərimə edilir.

352-1.2. Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə – iki yüz manat məbləğində cərimə edilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv