ADY-də yeni təyinatlar olub

ADY-də yeni təyinatlar olub






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Dəmir Yolları QSC (ADY), #Azərbaycan Respublikası Vəkillər Kollegiyası, #Bakı, #Bakı Dövlət Universitetini, #Böyük Britaniy, #Böyük Britaniya, #Magistratura, #Təhsil, #Vəzifə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar həyata keçirilib.

presstvaz   xəbər verir ki, bu barədə ADY məlumat yayıb

Bildirilib ki, Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.

Nicat Quliyev 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini bitirib.

2009-cu ildən 2015-ci ilə qədər SOCAR və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016-2025-ci illərdə Hüquq departamentinin müdiri olub.

ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə müdir müavini Türkan Yusibovaya həvalə edilib.

Türkan Yusibova 1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin “Kommersiya hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.

Peşəkar fəaliyyətə 2011-ci ildə beynəlxalq hüquq şirkətlərindən birində başlayıb. 2018-ci ildən ADY-də çalışan Türkan Yusibova 2023-cü ildən Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.

Beynəlxalq “Layihə menecmenti peşəkarı” (PMP) və “Proqram menecmenti peşəkarı” (PgMP) sertifikatlarına sahibdir.

“Yüksəliş” müsabiqəsinin yarımfinalçısıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.

Əsəd Məmmədov 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və iqtisadi kibernetika” ixtisası üzrə bakalavriat pilləsini bitirib. Hazırda Böyük Britaniyanın York Universitetində “Executive MBA” proqramı üzrə təhsilini davam etdirən Əsəd Məmmədov karyerası dövründə menecment üzrə “Lean Six Sigma White Belt”, maliyyə modelləşdirilməsi üzrə “Financial Modeling & Valuation Analyst” (FMVA) və təhlükəsizlik standartı üzrə “Functional Safety Engineer” (FSEr) sertifikatlarını alıb.

Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb, bank sektorunda risklərin idarə olunması və müştəri xidmətləri sahələrində rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildən ADY-də çalışır. 2023-cü ildən Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini vəzifəsində işləyib.

Fotoda Nicat Quliyev

Fotoda Türkan Yusibova

Fotoda Əsəd Məmmədov


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv