Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı

Zidan təəssüflə xatırladığı yeganə klubun adını açıqladı






presstv

"Presstv"az #Fransa, #Vəzifə, #Zinəddin Zidan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa millisinin keçmiş yarımmüdafiəçisi, hazırda baş məşqçi kimi xeyli müddətdir işsiz olan Zinəddin Zidan heyətində oynamadığı üçün təəssüf etdiyi yeganə klubun adını çəkib.

presstvaz   xəbər verir ki, onun sözlərini “Give me Sport” yayıb.

Zidan hazırda Liqa 1-də çıxış edən, vaxtilə böyük uğurlara imza atan “Olimpik Marsel” klubunu qeyd edib.

“Marsel indi yaxşı formadadır. Mən burada oynamamışam, amma bu, təəssüf ki, reallaşmayan bir arzu idi. Onların stadionunu ziyarət edəndə, infrastrukturunu gördükdə başa düşdüm ki, bu, həqiqətən böyük klubdur. Burada çox maraqlı detallar var”, – Zidan vurğulayıb.

Qeyd edək ki, Zidan Fransanın Marsel şəhərində anadan olub. Ölkənin milli komandasının baş məşqçisi Didye Deşam Zidan haqqında fikrini bildirərək onu milli komandanın rəhbəri vəzifəsinə əsas namizəd adlandırıb. Deşam 2026-cı ildə millini tərk edəcəyini açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv