Rusiya bazarını tərk edən bir sıra məşhur brendlər QAYIDIR

Rusiya bazarını tərk edən bir sıra məşhur brendlər QAYIDIR






presstv

"Presstv"az #İspaniya, #İspaniyanın, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Zara”, “Bershka”, “Pull & Bear” və “Stradivarius” geyim mağazaları Rusiya bazarına qayıtmağa hazırlaşırlar.

presstvaz-ın xəbərinə görə, bu barədə “Mash” “Telegram” kanalı bir neçə mənbəyə istinadən yazıb.

Məlumata görə, geri dönüş artıq aktiv şəkildə müzakirə olunur.

Şirkət nümayəndələri bazarda vəziyyəti araşdırır, arxivi və sənədləri aradan çıxarırlar. Bu, ona görə edilir ki, vəziyyət dəyişəcəyi halda, operativ şəkildə Rusiyaya qayıtmaq mümkün olsun.

Üstəlik, onlar Rusiya bazarını tərk etməmişdən əvvəl ticarət mərkəzlərində mağazalarının olduğu həmin əraziləri yenidən tutmaq istəyirlər.

Xatırladaq ki, “Zara”, “Zara Home”, “Massimo Dutti”, “Bershka”, “Oysho”, “Pull & Bear”, “Stradivarius”, “Uterqüe” brendləri İspaniyanın “Inditex” qrupuna daxildir.

2022-ci ilin mart ayında şirkət Rusiyadakı bütün mağazaların bağlandığını və onlayn ticarətin dayandırıldığını elan etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv