AMB dörd innovativ məhsulu sınaqdan keçirir

AMB dörd innovativ məhsulu sınaqdan keçirir






presstv

"Presstv"az #Azərbaycan, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Maliyyə sektorunun, institutlarının, bazarlarının və infrastrukturunun sabitliyinin təmin edilməsi üzrə ötən il AMB prudensial tənzimləmə çərçivəsinin modernizasiyasını davam etdirib, banklarda korporativ idarəetmə standartlarına yenidən baxıb, bununla bağlı gələcək vizyonu əks etdirən tövsiyələr qəbul edib, sığorta və investisiya şirkətləri üçün korporativ idarəetmə standartları tətbiq edib”.

presstvaz   xəbər verir ki, bu fikirləri AMB-nin İdarə Heyəti sədrinin müavini Toğrul Əliyev bu gün Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda səsləndirib.

T.Əliyev qeyd edib ki, risklərin idarə edilməsi və effektiv nəzarət məsələlərinə xüsusi önəm verilib, riskəsaslı nəzarət üzrə siyasət konsepsiyası və bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi təsdiq edilib:

“Bu istiqamətdə banklarda ekoloji risklərin idarə edilməsi, əməliyyat risk menecmenti və s. sahələr üzrə tənzimləmələrin tətbiqinə start verilib. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə dair yeni qaydalar qəbul olunub. Sığorta sahəsi üzrə risklərin xaricə ötürülməsi, həmçinin katastrofik risklərin təkrarsığortalanması ilə bağlı tələblər müəyyən edilib, sığortaçıların dayanıqlı təkrarsığorta siyasəti formalaşdırılıb”.

Sədr müavini əlavə edib ki, ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi və yeni çeşid maliyyə alətlərindən istifadənin təmin edilməsi məqsədilə banklarda davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilib:

“Kredit müqavilələri üzrə borcalanın həyat sığortası ilə bağlı yeni tənzimləmələr gətirilib, agent bankçılıq üçün hüquqi-normativ baza formalaşdırılıb, yaşıl taksonomiya təsdiqlənib, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri, yaşıl maliyyə və bir sıra digər sahələr üzrə məlumatlılığın artırılması məqsədilə çoxsaylı tədbirlər keçirilib”.

“2023-cü ildə “Ödəniş xidmətləri və sistemləri haqqında” Qanunun qəbul edilməsi ilə ödəniş və maliyyə texnologiyaları sahəsi yeni mərhələyə qədəm qoyub. Ötən dövrdə AMB 14 elektron pul təşkilatı, səkkiz ödəniş təşkilatı və bir operatoru lisenziyalaşdırıb. Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilib, açıq bankçılıq üzrə tələblər təsdiq olunub. Maliyyə innovasiyalarının inkişafı məqsədilə AMB ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayıb. Bu məqsədlə xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılıb, artıq 21 müraciət qeydə alınıb və onlardan dörd innovativ məhsul meyarlara uyğun seçilərək xüsusi tənzimləmə rejiminə qəbul edilib. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir”, – deyə AMB rəsmisi vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv