Bakıda dörd şirkətin əmlakına qadağa lenti bağladılar: Kustar üsulla hazırlanıb

Bakıda dörd şirkətin əmlakına qadağa lenti bağladılar: Kustar üsulla hazırlanıb






presstv

"Presstv"az #Bakı, #Fövqəladə Hallar Nazirliyi (FHN), #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Yasamal və Nizami rayonlarında təhlükəsizlik tələblərinə cavab verməyən qaldırıcı qurğuların istismarı dayandırılıb.

presstvaz   xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları Bakının Yasamal və Nizami rayonlarının müxtəlif ünvanlarında “Akt ko LTD” MMC, “Rahatlığın Məkanı” MMC, “Karayev City” MTK və “Vesta Construction” MMC tərəfindən istismar olunan ümumilikdə doqquz ədəd “Pionner” qaldırıcı qurğusuna baxış keçirib.

Baxış zamanı qaldırıcı qurğuların istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, qaldırıcı qurğuların istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, qurğuların texniki sənədlərinin olmadığı və kustar üsulla hazırlandığı müəyyən edilib.

Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq qaldırıcı qurğuların istismarı dayandırılıb, həmçinin cavabdeh şəxslərin iştirakı ilə aktlar tərtib edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv