Qərbi Azərbaycan Xronikası: “Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir”

Qərbi Azərbaycan Xronikası: “Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Deportasiya, #Ermənistan, #Hadisə, #Hakim, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #İran, #İrəvan, #Türkiyə, #Vəzifə, #YouTube, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

presstvaz   xəbər verir ki, “Hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması zəruridir” adlı süjetdə Ermənistan İqtisadiyyat Nazirliyinin yanında Turizm Komitəsinin rəhbəri Lusine Gevorqyanın hotellərdə müsəlmanlar üçün ibadət otaqlarının açılması ilə bağlı fikirlərinə yer verilib.

Bildirilib ki, L.Gevorqyan hotel rəhbərləri ilə görüşdə ibadət otaqlarının açılmasının zərurət olduğunu və bundan imtina edəcək hotellərin lisenziyalarının ləğv ediləcəyini deyib. O, bunu ölkənin ərəb turizm bazarına çıxmaq istəyi ilə əsaslandırıb.

Bu məsələ Ermənistan ictimaiyyətində ciddi müzakirələrə, erməni mətbuatında şübhələrə yol açıb və “azərbaycanlıların qayıdışına hazırlıq” kimi təqdim edilib.

Erməni jurnalist Hraçya Qalustyan yazır ki, hotellərdə “müsəlmanlar üçün ibadət yerləri”nin açılması təklif yox, sərt tələbdir: “Mövcud hakimiyyətimiz getdikcə Azərbaycana daha çox güzəştə gedir. Gevorkyanın “Ermənistanın ərəb turizm bazarına daxil olması” sözləri də inandırıcı deyil və bəhanə kimi görünür. Ermənistana İrandan və digər ölkələrdən gələn müsəlmanlar heç vaxt ibadət yeri tələb etməyib. Bu, tezliklə Ermənistana sərbəst giriş əldə edəcək azərbaycanlıların gözlənilən qayıdışı ilə bağlıdır. İctimai rəydə azərbaycanlıların tarixi torpaqlarına qayıdışı, Qərbi Azərbaycan reallığı tədricən qəbul edilir. Məhz buna görə Ermənistanda heç kim Paşinyanın, hökumət rəsmilərinin sözlərinə inanmır”.

Qeyd olunub ki, Qərbi Azərbaycan məsələsi fonunda Ermənistanda müzakirə edilən iki mövzu da var. Birincisi, Zəngəzur dəhlizinin bu il – 2025-ci ildə açılması, ikincisi, sərhədin delimitasiyası prosesində Ermənistanın Azərbaycana yeni ərazilər qaytaracağıdır.

Erməni şərhçilər Arman Aboyan, Armen Atalyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan iddia edirlər ki, proses “Böyük Turan” planına uyğun şəkildə davam edir: “Azərbaycan və Türkiyə “Böyük Turan” planını addım-addım icra edir. Bu məqsədlə Zəngəzur dəhlizi açılacaq və bununla Ermənistanın cənub hissəsi İrəvanın nəzarətindən çıxacaq. Demarkasiya prosesində Ermənistan əlavə ərazilər itirəcək, sərhədlərimiz dəyişəcək. Konstitusiya da dəyişdiriləcək, nəhayət, 300 min azərbaycanlı qayıdacaq və Zəngəzurun (Sünik) əhəmiyyətli hissəsi Azərbaycana veriləcək”.

Sonda vurğulanıb ki, bu il azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ilə bağlı mühüm irəliləyişlərin olacağı gözlənilir və Qərbi Azərbaycan reallığı Ermənistanın qapısını döyməkdədir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv