ABŞ-də dünyanın ən güclü kompüteri işə salınıb

ABŞ-də dünyanın ən güclü kompüteri işə salınıb






presstv

"Presstv"az #ABŞ, #Dollar, #Kaliforniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Kaliforniya ştatının Lourens Livermor adına milli laboratoriyası dünyanın ən güclü superkompüterini rəsmi olaraq işə salıb.”El Capitan” adını daşıyan layihənin maliyyələşməsinə 600 milyon dollar sərf olunub.

presstvaz Trend-ə istinadən xəbər verir ki,  “El Capitan” ABŞ-nin milli təhlükəsizliyi ilə əlaqədar bir sıra vacib tapşırıqların yerinə yetirilməsində, o cümlədən, 1992-ci ildə tətbiq olunan yeraltı sınaq qadağası şəraitində ABŞ-nin nüvə silahları arsenalının təhlükəsizliyinin təmin edilməsində istifadə olunacaq.

Əsas tədqiqat sahələrinə materialşünaslıq, yüksək enerji sıxlığı fizikası, nüvə məlumatları, silah sistemlərinin hazırlanması və digər məxfi tapşırıqlar daxildir.

Dünyada superkompüterlərin məhsuldarlığını qiymətləndirmək üçün istifadə olunan “High-Performance Linpack” (HPL) testləri zamanı “El Capitan” 1.742 eksaflops nəticə göstərib və bununla da dünyanın ən sürətli kompüteri olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv