Metro istifadəçilərinin sayı 4.2 faiz artıb

Metro istifadəçilərinin sayı 4.2 faiz artıb






presstv

"Presstv"az #Bakı, #Bakı Metropoliteni, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar ayında Bakı metropolitenindən 17 milyon 984 min 399 sərnişin isitfadə edib. İstifadəçilərin 580 min 213-ü güzəştli sərnişinlər olub. Orta hesabla gün ərzində 580 min 141 sərnişin daşınıb.

presstvaz xəbər verir ki, ən çox sərnişin “Koroğlu” (1 milyon 569 min 567), “28 May” (1 milyon 456 min 460) və “20 Yanvar” stansiyalarına daxil olub (1 milyon 378 min 979).

Ən çox sərnişin yanvar ayının 10-da (710 min 773), ən az isə ayın 19-da (367 min 897) qeydə alınıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin ilk ayında sərnişin sayı 4.2 faiz artıb.

Yanvar ayı ərzində 3 milyon 679 min 201 sərnişin stansiyalara QR biletlə ödəniş edərək daxil olub. Bu isə bütün ödənişli sərnişinlərin 21.14 faizi deməkdir. Yanvar ayının 10-u QR biletdən ən çox istifadə edilən gündür – 150 min 111.  Ən çox QR bilet istifadəçiləri olan stansiyalar: “28 May” (343 min 990), “Koroğlu” (290 min 635) və “Gənclik” (285 min 131)

Yanvar ayı ərzində “Əlçatan metro” xidmətindən sağlamlıq və metrodan istifadə imkanları məhdud 60 sərnişin istifadə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv