Putin Trampı Moskvaya dəvət etdi

Putin Trampı Moskvaya dəvət etdi






presstv

"Presstv"az #ABŞ, #Co Bayden, #Dollar, #Donald Tramp, #İran, #Jurnalistlər, #Münaqişə, #Rusiya, #Süni intellekt, #Ukrayna, #Vladimir Putin, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı keçirib.

presstvaz   xəbər verir ki, bu barədə ABŞ lideri sosial şəbəkədə yazıb.

“Rusiya Prezidenti Vladimir Putinlə uzun və çox məhsuldar telefon danışığım oldu. Biz Ukrayna, Yaxın Şərq, İranın nüvə proqramı, enerji, süni intellekt, dolların gücü və digər mövzuları müzakirə etdik”, – Tramp yazıb.

İki ölkə liderləri arasında telefon danışığı barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da brifinqdə məlumat verib.

Onun sözlərinə görə, söhbət demək olar ki, bir saat yarım davam edib.

Putin telefon danışığı zamanı Trampı Moskvaya səfərə dəvət edib. Dövlət başçıları əlaqələrin davam etdirilməsi və şəxsi görüşün təşkili barədə razılığa gəliblər.

Həmçinin, qarşılıqlı səfərlər barədə razılıq əldə olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov liderlərin söhbətindən sonra jurnalistlərə bildirib ki, Tramp Putinlə söhbətində Ukraynada döyüşləri mümkün qədər tez dayandırmağı və problemin sülh yolu ilə həllini müdafiə edib. Putin də öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib.

Xatırladaq ki, bu, Putinlə Tramp arasında 2020-ci ilin iyulundan bəri ilk söhbətidir. Bundan əvvəlki söhbət Trampın əvvəlki prezidentlik dövründə olub. Eyni zamanda, bu, Rusiya Federasiyası və ABŞ liderləri arasında 2022-ci ilin fevralından bəri ilk söhbətdir (o zaman Putin Co Baydenlə danışmışdı).


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv