“Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib

“Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib






presstv

"Presstv"az #Ali Məhkəmə, #Ədliyyə Nazirliyi, #İqtisadi siyasət, #İqtisadiyyat Nazirliyi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritet vəzifələrə həsr olunan geniş tərkibdə iclası keçirilib.

presstvaz  xəbər verir ki, iclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyi, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının əməkdaşları, İqtisadiyyat Nazirliyi və nazirliyin yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının nümayəndələri və İşçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirdə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupu çərçivəsində aidiyyəti qurumlarının məqsədyönlü və koordinasiyalı fəaliyyəti nəticəsində qazanılmış nailiyyətlərin ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılmasına və beynəlxalq reytinqlərin yüksəlməsinə xidmət etdiyini bildirib. Daha sonra o, işçi qrupun yeni rəhbərini iclas iştirakçılarına təqdim edib.

Ədliyyə nazirinin müavini, İşçi qrupun rəhbəri Abiddin Hüseynov çıxış edərək 2025-ci il üzrə qarşıda duran prioritet vəzifələr və biznesin müflisləşməsi sahəsinin daha da inkişaf etdirilməsi ilə əlaqədar ötən dövrdə görülən işlər barədə məlumat verib, İşçi qrupun fəaliyyəti nəticəsində əldə edilmiş əsas nailiyyətləri səsləndirib.

Qeyd olunub ki, 2024-cü il üzrə Yol Xəritəsinin icrası ilə bağlı “Biznesin müflisləşməsi” İşçi qrupu tərəfindən təşkilati, qanunvericilik və maarifləndirici işlər görülüb. Yol Xəritəsinin fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş tədbirlər ötən dövr ərzində əsasən müvəffəqiyyətlə icra edilib, bir sıra tədbirlərin icrası isə 2025-ci ildə də davam etdiriləcək.

“Sağlamlaşdırma və müflisləşmə haqqında” yeni qanun layihəsinin hazırlanması işinin tamamlanması istiqamətində intensiv işlərin görüldüyü və həmin qanun layihəsinin ilkin versiyasının redaktəsinin yekunlaşmaq üzrə olduğu barədə məlumat verilib.

İclas zamanı, həmçinin İşçi qrupun üzvləri tərəfindən Yol Xəritəsində nəzərdə tutulmuş tapşırıqlar üzrə əsas nailiyyətlər təqdim olunub və 2025-cü il üçün Yol Xəritəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

Tədbir iclas iştirakçılarının çıxışları və İşçi qrupun fəaliyyəti ilə bağlı müzakirələrlə davam etdirilib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

 






Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv