Ermənistanı silahlandıran Fransa özü müdafiəsiz qala bilər

Ermənistanı silahlandıran Fransa özü müdafiəsiz qala bilər






presstv

"Presstv"az #Çin, #Fransa, #Fransa ordusu, #Münaqişə, #Qırıcı təyyarə, #Rusiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransanın böyükmiqyaslı münaqişədə iştirak etmək üçün kifayət qədər qırıcı təyyarə və raket ehtiyatı yoxdur.

presstvaz   TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlər İnstitutunun (IFRI) hesabatında qeyd olunub.

Müəlliflər hesab edirlər ki, Rusiya və Çinin Hava Qüvvələrinin, Hava Hücumundan Müdafiə sistemlərinin və hücum vasitələrinin təkmilləşdirilməsi Qərb ölkələrinin hava üstünlüyü əldə etmək qabiliyyətini şübhə altına alır.

Sənəddə üç əsas fəaliyyət ssenarisi nəzərdən keçirilir: rəqib təyyarələrini uzaq məsafədən yer üzündən məhv etmək qabiliyyəti, yerüstü aviasiya sistemlərini zərərsizləşdirmək və hava döyüşü aparmaq. Bildirilir ki, üçüncü ssenari zamanı Fransa HHQ potensial problemlərlə üzləşə bilər.

Qeyd olunur ki, Fransa HHQ və Hərbi Dəniz Qüvvələrinin silahlanmasında 240 müxtəlif model qırıcı təyyarə var (ən azı 1916-cı ildən bəri), lakin bu, tammiqyaslı münaqişə üçün kifayət deyil.

Mütəxəssislər qeyd edirlər ki, Fransada yalnız 40 təyyarə var ki, onlar ölkədən kənarda şərti koalisiyanın tərkibində təyin olunan tapşırıqları yerinə yetirə bilər. Bundan əlavə, hesabatda qeyd olunur ki, Fransanın “hava-hava” sinifli raket ehtiyatı yalnız üç günlük intensiv münaqişə üçün kifayətdir.

IFRI Fransa Silahlı Qüvvələrinin komandanlığına orta və uzunmüddətli perspektivdə döyüş aviasiyasının modernləşdirilməsi ilə məşğul olmağı tövsiyə edir. Mütəxəssislər silah ehtiyatlarının artırılmasını, yüksəktexnologiyalı silah və avadanlıq nümunələrindən istifadə edərək aviasiyanın effektivliyinin təmin edilməsini məsləhət görürlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv