“Crocus City Hall”un sahibi terror aktı üzrə məhkəmə işində zərərçəkmiş kimi tanındı

“Crocus City Hall”un sahibi terror aktı üzrə məhkəmə işində zərərçəkmiş kimi tanındı






presstv

"Presstv"az #Cinayət işi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Crocus International” şirkəti “Crocus City Hall” konsert zalında “Piknik” qrupunun çıxışı zamanı baş vermiş terror aktı üzrə zərərçəkmiş kimi tanınıb.

presstvaz-ın xəbərinə görə, bu barədə TASS-ın əldə etdiyi iş materiallarında deyilir.

“Bu qərarla “Crocus International” Açıq Səhmdar Cəmiyyəti Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205, 205.5, 222, 223.1-ci (terror aktı, silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi, terror təşkilatının fəaliyyətində iştirak) maddələri ilə başlanmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınsın”, – deyə iş üzrə sənədlərin birində bildirilib.

Qeyd edək ki, terror aktı nəticəsində yanan və hazırda istismarda olmayan “Crocus City Hall”un sahibi “Crocus International” ASC-dir.

Cinayət Prosessual Məcəlləsinə əsasən, zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tam həcmdə tanış olmaq, məhkəmə iclasında iştirak etmək, sübutlar təqdim etmək, vəsatətlər vermək və dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırmaq hüququ var. Əgər hüquqi şəxs zərərçəkmiş qismində tanınarsa, o, bütün bu hüquqlarını öz nümayəndəsi vasitəsilə həyata keçirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv