Orban: “ABŞ-nin xarici yardımı Macarıstanda hökumətin devrilməsinə xərclənib”

Orban: “ABŞ-nin xarici yardımı Macarıstanda hökumətin devrilməsinə xərclənib”






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Hakim, #Macarıstan, #Viktor Orban

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Prezident Donald Trampın təfərrüatını açıqlamaq qərarına gəldiyi ABŞ-nin “xarici yardımı” digər ölkələrdə, o cümlədən Macarıstanda arzu edilməyən hökumətlərin devrilməsinə yönəlib”.

presstvaz  xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Facebook” sosial şəbəkə hesabında yazıb.

O bildirib: “Tramp son illər ərzində müxtəlif dövlət qurumları tərəfindən kimə və nə qədər pul ayrıldığını açıqlamaq qərarına gəlib. Məlum olub ki, liberal dünya elitası öz maliyyə və ideoloji məqsədlərinə çatmaqdan ötrü ABŞ büdcəsindən və hökumətindən istifadə edib.

Bunun yardım olduğu güman edilirdi, amma əslində bu siyasi təsir vasitəsidir. Onlar bir tərəfdən “Soros” fondlarından, digər tərəfdən isə ABŞ-nin rəsmi dövlət büdcəsindən pul alırdılar. Onlar bu pulu cəmiyyətin məhvinə, miqrasiyanın təbliğinə və ailə institutu ilə mübarizəyə yönəlik tədbirləri maliyyələşdirmək üçün istifadə edirdilər”, – deyə o vurğulayıb.

V.Orbanın sözlərinə görə, pullar müxalif KİV və QHT-lərə daxil olurdu: “Bütün bunlar solçuların hakimiyyətini gücləndirdi və onların hamısı bu pulu hökumətləri devirmək məqsədilə alıblar. Yəni müxalif partiyaları gücləndirmək və Macarıstan hökumətini devirmək üçün”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv