İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər

İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər






presstv

"Presstv"az #Futbol, #Honkonq, #İtaliya, #Jurnalistlər, #Milan, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyada telefon fırıldaqçıları iri sahibkarlardan və korporasiya rəhbərlərindən külli miqdarda pul qoparmaqdan ötrü ölkənin müdafiə naziri Quido Krozettonun səsini təqlid ediblər.

presstvaz   “Euronews” telekanalına istinadla xəbər verir ki, İtaliyanın bir sıra ən zəngin insanları Q.Krozettonun və onun əməkdaşlarının adından təqribən bir milyon avronu Honkonqdakı bank hesabına köçürmək xahişi ilə telefon zəngləri alıblar.

Pullar guya Yaxın Şərqdə oğurlanmış italyan jurnalistlərin azad edilməsi üçün tələb olunan məbləğin ödənilməsinə xərclənməli idi.

Zəng edilənlərin siyahısında “Pirelli”nin rəhbəri Marko Tronketti Provera, iri investor Dieqo Della Valle, dizayner Corcio Armani, “Prada”nın baş direktoru Patritsio Bertelli, həmçinin “İnter” futbol klubunun keçmiş prezidenti Massimo Moratti var.

Milan prokurorluğu fakt üzrə təhqiqat aparır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv