Türkiyə hökumətində dəyişikliklər gözlənilir

Türkiyə hökumətində dəyişikliklər gözlənilir






presstv

"Presstv"az #Hakan Fidan, #Hakim, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fevralın 23-də keçirilməsi planlaşdırılan qurultayı ərəfəsində hökumətdə dəyişikliklə bağlı qərar verə bilər.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, vitse-prezident Cevdet Yılmaz, xəzinə və maliyyə naziri Mehmet Şimşək, xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kamal Memişoğlu vəzifələrində qalacaqlar.

Bildirilir ki, digər nazirlər arasında 3-4 nəfər dəyişdirilə bilər.

Keçmiş xəzinə və maliyyə naziri Berat Albayrakın yenidən hökumətdə vəzifə sahibi olacağı iddia olunur.

“Mədəniyyət və turizm, kənd və meşə təsərrüfatı, maliyyə və xəzinədarlıq nazirliklərinin ayrılması məsələsi də müzakirə olunur. Bildirilir ki, bu nazirliklər müxtəlif sahələrə cavabdeh olduqları üçün həddindən artıq yüklənir. Hesab olunur ki, bu sahələrin bəzilərini ayrıca nazirlik kimi ayırmaq olar”, – mənbə qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv