Qiymətli kağızlar bazarının inkişafı və KOB-lar üçün imkanlara dair ictimai müzakirə

Qiymətli kağızlar bazarının inkişafı və KOB-lar üçün imkanlara dair ictimai müzakirə






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Bakı Fond Birjası, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), #Məmməd Musayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə 2025-ci il üzrə ilk ictimai müzakirə “Kapital bazarının inkişafı: mövcud imkanlar və perspektivlər” mövzusuna həsr olunub.

presstvaz   xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, tədbirdə kapital bazarının inkişafına və KOB-ların alternativ maliyyə mənbələrinə çıxışına dair fikir mübadiləsi aparılıb.

KOBİA, Bakı Fond Birjası (BFB) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirin məqsədi müvafiq sahədə dövlət siyasəti, qanunvericilik bazası, maliyyə alətləri, tənzimləmə mexanizmləri, eləcə də müvafiq sahədə KOB-lar üçün imkanları müzakirə etmək olub. İctimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və kapital bazarının iştirakçıları iştirak ediblər.

Tədbirdə KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev, BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ASK-nın prezidenti Məmməd Musayev qiymətli kağızlar bazarının mövcud vəziyyəti və sektorun gələcək perspektivləri, bu sahədə KOB subyektləri üçün imkanlar, maliyyə savadlılığının təşviqi barədə məlumat veriblər. Qeyd olunub ki, KOB-ların inkişafı və dayanıqlılığının təmin edilməsində kapital bazarı əhəmiyyətlidir. Bank kreditləri və daxili maliyyə resursları ilə yanaşı, KOB-lar alternativ maliyyə mənbələrinə çıxış əldə etməklə daha sürətli böyüyə və uzunmüddətli dayanıqlılıq qazana bilərlər. Kapital bazarları KOB-lara stabil və uzunmüddətli maliyyələşmə, şəffaflıq, korporativ idarəetmənin təkmilləşdirilməsi və beynəlxalq bazarlara çıxış imkanı təqdim etməklə iqtisadiyyatda daha güclü mövqe tutmasına şərait yaradır. İnkişaf etmiş kapital bazarları KOB-ların bank kreditlərindən asılılığını azalda, səhmlər və istiqrazlar buraxmaq imkanı qazanaraq, birbaşa investorlar vasitəsilə vəsait cəlb edə bilirlər. Bu isə KOB-ların maliyyə mənbələrini şaxələndirməsinə, daha uzunmüddətli və səmərəli maliyyələşmə imkanları əldə etməsinə şərait yaradar. KOB-lar ilə yanaşı, bu əməkdaşlıqdan kapital bazarları da faydalana bilər. Bu sahədə Bakı Fond Birjasının təşəbbüs və proqramları KOB-lar üçün yeni imkanlar yaradır.

Tədbir çərçivəsində Bakı Fond Birjası tərəfindən qiymətli kağızlar bazarı sahəsində mövcud vəziyyət, çətinliklər, bu sahənin inkişafı üçün görülən işlər və qarşıda duran hədəflər haqqında təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv