“Azərişıq” yaranmasının 10-cu ildönümünü qeyd edir

“Azərişıq” yaranmasının 10-cu ildönümünü qeyd edir






presstv

"Presstv"az #Azərbaycan, #Azərenerji, #Azərişıq ASC, #Azneft, #Bakı, #Hakim, #İlham Əliyev, #Sərəncam, #SSRİ, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərişıq” ASC-nin yaranmasının 10-cu ildönümünə həsr edilmiş imic çarxı təqdim olunub.

presstvaz   həmin videoçarxı təqdim edir:

Xatırladaq ki, “Azərişıq” ASC-nin tarixi Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən, Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şosesi üzərindəki “Bakinski dok”da quraşdırılıb. Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə, cərəyan alman istehsalı olan “Algemayne” sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatdı.

Bakı elektrik şəbəkəsi 1920-ci ildən etibarən aşağıdakı qurumların tərkibində fəaliyyət göstərib:

– 1929-cu ilə qədər Azneftin “Elektrotok” idarəsinin tərkibində olub;

– 1929-cu ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə BaŞEŞ Bakı şəhər sovetinin tərkibinə verilib;

– Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə 1963-cü ildə “Azərenerji” Nazirliyinin tərkibinə verilib;

– 1969-cu ildən 2000-ci ilə qədər Bakı şəhər İcraiyyə Komitəsinin Bakı şəhər İcra hakimiyyətinin tərkibində olub;

– Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 14.06.2000-ci ildən 02.01.2002-ci ilə qədər “Bakıelektrikşəbəkə” ASC kimi İqtisadi İnkişaf Nazirliyinin tərkibinə verilib;

– 02.01.2002-ci ildən 03.07.2006-cı ilə qədər Türkiyənin “Barmek Holdinq A. Ş.” şirkəti tərəfindən idarə edilib;

– Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2006-cı il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv