Kaliforniya Danimarkanın tərkibinə daxil ediləcək? – Ştatın satınalınması üçün qiymət hesablanır

Kaliforniya Danimarkanın tərkibinə daxil ediləcək? – Ştatın satınalınması üçün qiymət hesablanır






presstv

"Presstv"az #ABŞ, #Danimarka, #Dollar, #Donald Tramp, #Hakim, #Kaliforniya, #Qrenlandiya, #Raket hücumu, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Danimarkanın “Denmarkification” təşəbbüs qrupu Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək cəhdinə cavab olaraq krallığa Kaliforniya ştatını satınalmağı təklif edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Politico” nəşri məlumat verib.

Məlumata görə, kampaniyanın təşəbbüskarı Ksavye Dyutua nəşrə bildirib ki, Kaliforniya bir trilyon dollara başa gələcək.

Onun fikrincə, ABŞ ilə təmaslar konstruktor istehsalçısı olan “Lego”nun nümayəndələri tərəfindən aparılmalıdır, çünki çatışmayan parçalara görə əsəbiləşən uşaqlarla ünsiyyət onları danışıqlar sahəsində mütəxəssis edib.

Kaliforniyanın satınalınması üçün vəsaitin “kraudfandinq” (kütləvi maliyyələşdirmə) yolu ilə toplanması təklif olunur.

“Hər bir danimarkalıya cəmi 200 000 kron düşür”, – deyə “Denmarkification”un saytında bildirilib.

Qrup indiyədək nə qədər pul toplandığını açıqlamır, lakin qeyd edir ki, ştatın Danimarkanın tərkibinə daxil edilməsinə dair petisiyanı artıq 198 mindən çox insan imzalayıb. Təşəbbüsün müəllifləri hesab edirlər ki, Tramp Kaliforniyanı satmağa razı olacaq, çünki o, ştatın “elə də böyük pərəstişkarı” deyil və onu dəfələrlə ölkədə “ən dağılmış şəhər” adlandırıb.

Xatırladaq ki, Tramp yanvarın 7-də Qrenlandiyanın ABŞ-yə qoşulmalı olduğunu deyib. O, Danimarkanın adadan imtina etməyəcəyi təqdirdə, ölkəyə qarşı yüksək ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyib. Hətta ilk prezidentlik dövründə (2017-2021) Tramp Qrenlandiyanı almağı təklif edirdi. O vaxt olduğu kimi, Danimarka və Qrenlandiya hakimiyyəti bu ideyanı rədd ediblər.

Qeyd edək ki, Qrenlandiya muxtar ərazi kimi Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq müqavilə imzalayıblar. Buna uyğun olaraq, ABŞ adanı təcavüzdən qorumaq öhdəliyini öz üzərinə götürüb. Burada raket hücumu xəbərdarlığı sisteminin tapşırıqlarını yerinə yetirən ABŞ-nin “Pituffik” kosmik bazası yerləşir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv